BDRNK Logo
BDRNK

BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ

Dövlət Standartı ilə Rəqəmsal Gələcəyə Doğru

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi AzTU-nun nəzdində BDRNK Publik Hüquqi Şəxsi
Rəsmi Təhsil Portalı

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci "Dövlət Standartı ilə Rəqəmsal Gələcəyə Doğru"

Gələcəyin rabitə və nəqliyyat mütəxəssislərini yetişdirən müasir təhsil mərkəzi.

0 Müəllim
0 İl Təcrübə
0 Digər işçilər
Yeni · Video Məzun Günü
BDRNK · CANLI
Missiyamız və Tariximiz

Haqqımızda

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən, bir əsrə yaxın zəngin ənənələri müasir rəqəmsal təhsillə birləşdirən qabaqcıl dövlət təhsil müəssisəsi.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Kampusu
1931
95 İLLİK AKADEMİK İRS AzTU NƏZDİNDƏ BDRNK
PUBLİK HÜQUQİ ŞƏXS
Gələcəyin Mütəxəssisləri

Rabitə, Telekommunikasiya və Nəqliyyat Sektorunun Peşəkar Kadr Mərkəzi

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Azərbaycanda orta ixtisas təhsili pilləsi üzrə fəaliyyət göstərən ən qocaman və zəngin ənənələrə malik təhsil müəssisələrindən biridir. Müəssisə onilliklər ərzində respublikanın rabitə, informasiya texnologiyaları, poçt və nəqliyyat sektorları üçün minlərlə yüksəkixtisaslı mütəxəssis hazırlamışdır.

“

Əsas hədəfimiz milli-mənəvi dəyərlərə sadiq, müasir rəqəmsal texnologiyalara dərindən yiyələnmiş, ölkəmizin rabitə və nəqliyyat infrastrukturunun inkişafına töhfə verən peşəkar gənc mütəxəssislər yetişdirməkdir.

🏛️
95+
İl Akademik Tarix və Təcrübə
👨‍🏫
154
Peşəkar Müəllim və Pedaqoji Heyət
📚
44+
Elektron Dərslik və Tədris Vəsaiti
🏆
100+
Rəsmi Tədbir, Layihə və Nailiyyət
AKADEMİK MİSSİYA

Müasir Rəqəmsal və Texniki Kompetensiyalı Kadr Hazırlığı

Hazırda kollecdə tədris prosesi müasir beynəlxalq standartlara uyğun, rəqəmsal texnologiyalar və praktiki təcrübə əsasında qurulmuşdur. Tələbələrimiz ən son laboratoriya avadanlıqları ilə təchiz olunmuş mühitdə telekommunikasiya, informasiya texnologiyaları, poçt rabitəsi və nəqliyyat sahələrinin peşəkarı kimi yetişirlər.

  • ✓
    Praktik Yönümlü Tədris Real laboratoriya və istehsalat təcrübəsinə əsaslanan mühəndis-texniki hazırlıq
  • ✓
    AzTU ilə Akademik İnteqrasiya Azərbaycan Texniki Universitetinin elmi-metodiki bazası ilə sıx əməkdaşlıq
  • ✓
    Əmək Bazarına Uyğunluq Rabitə və nəqliyyat müəssisələrinin müasir tələblərinə cavab verən ixtisas proqramları
STRATEJİ VİZYON

Rəqəmsal İnnovasiyalar və Orta İxtisas Təhsilində Lider Mərkəz

Azərbaycanın dördüncü sənaye inqilabı və rəqəmsal transformasiya hədəflərinə uyğun olaraq, kibertəhlükəsizlik, şəbəkə inzibatçılığı, intellektual nəqliyyat sistemləri və müasir telekommunikasiya üzrə regionun ən qabaqcıl orta ixtisas təhsili müəssisəsi olmaq.

  • ✦
    Rəqəmsal Kampus Ekosistemi Elektron kitabxana, onlayn oxu zalı və açıq videodərs studiyası ilə fasiləsiz təhsil
  • ✦
    İnnovativ Laboratoriyalar Kompüter şəbəkələri, avtomatika və nəqliyyat diaqnostikası üzrə yenilənən texniki baza
  • ✦
    Karyera və Davamlı Təhsil Məzunların həm əmək bazarında, həm də ali təhsil pilləsində uğurlu irəliləyişi
KORPORATİV DƏYƏRLƏR

Şəffaflıq, Vətənpərvərlik və Akademik Mükəmməllik

Kollecimiz tədris və idarəetmədə şəffaflıq, dürüstlük, milli-mənəvi dəyərlərə bağlılıq və tələbəyönümlü mühit prinsiplərini rəhbər tutaraq sağlam vətəndaş və peşəkar mütəxəssis formalaşdırır.

  • ⚖️
    Akademik Dürüstlük və Şəffaflıq Biliyin obyektiv qiymətləndirilməsi və müasir demokratik idarəetmə mühiti
  • 🇦🇿
    Milli Руh və Vətənpərvərlik Dövlətçilik ənənələrinə, ana dilinin saflığına və milli dəyərlərə dərin ehtiram
  • 🤝
    Sosial Fəallıq və Tələbə Dəstəyi İdman, mədəniyyət, hüquqi maarifləndirmə və sağlam həyat tərzi təşəbbüsləri
TARİXİ İNKİŞAF YOLU

1931-ci İldən Günümüzə Tarixi Xronologiya

İllərin üzərinə klikləyərək tarixi mərhələlərlə tanış olun
1931
TƏMƏLİN QOYULMASI

Mərkəzi Teleqraf Nəzdində İlk Rabitə Təhsili Ocağı

Kollecin əsası 1931-ci ildə Bakı Mərkəzi Teleqrafının nəzdində fabrik-zavod təhsili bazasında təşkil olunmuşdur. Bu tarixi addım Azərbaycanda peşəkar rabitəçi və teleqraf-telefon mütəxəssislərinin sistemli hazırlanmasının başlanğıcı olmuşdur.

🎓 Məzun Günü
Qürur Anı

Bizim Məzunlarımız —
Bizim Qürurumuz

Hər il kollecimizin qapısından yeni nəslin peşəkar rabitə və nəqliyyat mütəxəssisləri yola düşür. Onların uğuru — müəllimlərimizin zəhməti, kollecimizin isə ən böyük nailiyyətidir.

1931 ildən bəri
95 illik ənənə
∞ uğur hekayəsi
Instagram-da izlə
ŞƏRƏF LÖVHƏSİ · FƏXRİ TƏLƏBƏLƏRİMİZ ✦ Qlobal Nailiyyətlər & Beynəlxalq Təmsilçilik

Beynəlxalq Arenada Kollecimizin İmzası

İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və robototexnika sahələrində beynəlxalq çempionluqlar qazanan, Azərbaycan bayrağını ABŞ, Yaponiya və Avropada dalğalandıran fəxri tələbələrimiz.

1 Zəfər Xronikası · 8 Noyabr
🇦🇿 QARABAĞ AZƏRBAYCANDIR!
2 Qarabağ Gəzintisi · Ağdam - Xankəndi - Şuşa
🇦🇿 QARABAĞ GƏZİNTİSİ
🇦🇿 ZƏFƏR SALNAMƏSİ · 8 NOYABR

ZƏFƏR YOLUNDA BİRLİK, HƏMRƏYLİK VƏ VƏTƏN SEVGİSİ

📍 Ağdam ➔ 📍 Xankəndi ➔ 📍 Şuşa

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin kollektivinin Ağdam, Xankəndi və Şuşaya təşkil olunan səfəri həm tarixi yaddaşımıza, milli-mənəvi dəyərlərimizə və Vətən sevgimizə bağlılığın, həm də kollektiv birliyinin və həmrəyliyinin parlaq təzahürü oldu.

Səfərin əsas dəyəri yalnız tarixi və mədəni məkanları ziyarət etməklə məhdudlaşmırdı. Müxtəlif vəzifə və fəaliyyət istiqamətlərində çalışan əməkdaşlarımızın vahid məqsəd, ortaq dəyərlər və eyni Vətən sevgisi ətrafında bir araya gəlməsi bu səfərə xüsusi məna və mənəvi dəyər qazandırdı. Birlikdə qət etdiyimiz yollar, səmimi ünsiyyətimiz, xoş təəssüratlarımız və bölüşdüyümüz qürur hissi kollektivimizin həm peşəkar, həm də insani münasibətlər baxımından möhkəm birliyini bir daha nümayiş etdirdi.

Belə səfərlər kollektiv üzvləri arasında qarşılıqlı hörmət və etimadı gücləndirir, işgüzar münasibətləri daha səmimi əməkdaşlığa çevirir, dostluq və həmrəylik bağlarını möhkəmləndirir. Çünki sağlam kollektiv mühiti yalnız birgə əmək fəaliyyəti ilə deyil, həm də ortaq dəyərlərin, sevincin, qürurun və məsuliyyətin bölüşülməsi ilə formalaşır.

“Ağdamın dirçəlişi və yenidən qurulan siması, Xankəndinin doğma yurda qovuşmasının yaratdığı qürur, Şuşanın tarixi və mədəni əzəməti hər birimizdə unudulmaz təəssüratlar yaratdı. Bu torpaqlarda olmaq bizə bir daha xatırlatdı ki, Zəfərimiz yalnız hərbi-siyasi qələbə deyil, həm də xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, dövlətçilik əzminin və Vətən sevgisinin təntənəsidir.”

Bu səfər, eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramımızın, qəhrəman qazilərimizə minnətdarlığımızın ifadəsi idi. Azad Qarabağın havasını udmaq, bu müqəddəs torpaqlarda Zəfər tariximizin izlərini görmək hər birimiz üçün böyük şərəf və qürur mənbəyinə çevrildi.

İnanırıq ki, belə mənəvi əhəmiyyət daşıyan tədbirlər kollektivimizin birliyini daha da gücləndirir, əməkdaşlarımız arasında dostluq və həmrəylik münasibətlərini inkişaf etdirir, gələcək fəaliyyətimizdə ortaq məqsədlər ətrafında daha sıx birləşməyimizə stimul verir.

Çünki güclü kollektiv yalnız birlikdə çalışan insanlar deyil, həm də eyni dəyərləri bölüşən, uğura birlikdə sevinən, çətinlikləri birgə aşan, məsuliyyəti və qüruru paylaşan insanlardan formalaşır.

Bu səfər bizə bir daha göstərdi ki, birliyimiz mənəvi gücümüz, həmrəyliyimiz uğurlarımızın təməli, Vətən sevgimiz isə bizi birləşdirən ən ali dəyərdir.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların bizə əmanət etdiyi Zəfər və azadlıq ruhu gələcək nəsillərə ötürüləcək!

Zəfər tariximizlə fəxr edir, azad Qarabağımızın dirçəlişinə sevinir və milli birliyimizi, kollektiv həmrəyliyimizi daim yaşatmağı özümüzə mənəvi borc bilirik.

🇦🇿 Birliyimiz gücümüz, həmrəyliyimiz qürurumuz, Vətən sevgimiz ən böyük dəyərimizdir! Zəfərimiz əbədi, Azərbaycanımız daim var olsun! Qarabağ Azərbaycandır!
Yeniliklər

Son Xəbərlər

Kollecimizdə baş verən ən son yeniliklər, elanlar və nailiyyətlər bir arada.

Bələdçi

Tələbənin Yol Xəritəsi

Qəbuldan ilk dərs gününə qədər keçəcəyiniz addım-addım bələdçi.

1

İxtisas Seçimi

DİM tərəfindən keçirilən imtahanlarda iştirak və kollecimizə ixtisas seçimi.

2

Elektron Qeydiyyat

Portal.edu.az vasitəsilə onlayn qeydiyyatdan keçmək və təsdiq almaq.

3

Sənəd Təqdimi

Tələb olunan sənədlərin (atestat, foto, tibbi arayış) kollecə təqdim edilməsi.

4

Tanışlıq Günü

Kollec korpusları, auditoriyalar və müəllim heyəti ilə yaxından tanışlıq.

5

İlk Dərs Günü

Tələbə biletinin alınması və dərslərin rəsmi olaraq başlanması!

Təşkilat

İnstitusional Struktur

Rəhbərlik heyəti, şöbə müdirləri və fənn komissiyası sədrləri — bir baxışda.

🎓 TƏDRİS-METODİK APARAT

Kollecin Fənn Birləşmə Komissiyaları (FBK)

Tədris planlarının icrası, fənn proqramlarının hazırlanması və tədris-metodiki işlərin koordinasiyasını təmin edən 9 ixtisaslaşmış fənn birliyi.

Kampus İnfrastrukturu & Bələdçi

Tədris Korpusu və Ağıllı Otaq Naviqatoru

5 mərtəbəli əsas tədris korpusumuzun rəqəmsal bələdçisi. Müasir laboratoriyalar, auditoriyalar, inzibati şöbələr və tələbə məkanları üzrə ani axtarış və interaktiv mərtəbə naviqatoru.

🏢
5 Mərtəbə Əsas Tədris Korpusu
🚪
80+ Auditoriya Tədris və İnzibati Məkan
🔬
7 Laboratoriya Kimya, Fizika, Rabitə, İKT
📚
206-cı Otaq 22 000+ Kitab Fondu & Oxu Zalı
🏢

I MƏRTƏBƏ — İdman Kompleksi, Kimya & Rabitə Laboratoriyaları

Kollecin 1-ci mərtəbəsində tələbələrin fiziki hazırlığı üçün idman zalı, 2 kimya laboratoriyası, telekommunikasiya laboratoriyası və inzibati şöbələr yerləşir.

12 Əsas Otaq və Məkan
⬅️ Qərb Qanadı: 107 (Qiyabi), 106A (Hərbi), 106 (Kimya-1), 107A (Telekom), 103 (Kimya-2) 🏛️ Mərkəzi: Kadrlar şöbəsi, Kompüter laboratoriyası ➡️ Şərq Qanadı: 113 (Mühasibat - 2 otaq), 114 (Təsərrüfat), 115 (Təcrübə), 116 (Tərbiyə) ⚽ İdman: İdman zalı (geyinmə otağı ilə)
Göstərilən otaqlar: 12
Resurslar

Elektron Kitabxana

Dərs vəsaitləri və metodik materiallar — baxış və yükləmə imkanı ilə.

BDRNK RƏQƏMSAL OXU ZALI · 44 Rəsmi Dərs Vəsaiti
📖 Kitabın üzərinə klikləyərək daxili oxu zalında dərhal vərəqləyin
Elmi Fəaliyyət və Beynəlxalq Nəşrlər

Fakültə Əməkdaşlarımızın Beynəlxalq və Yerli Elmi Nəşrləri

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin pedaqoji heyətinin nüfuzlu beynəlxalq indeksli jurnallarda və yerli elmi nəşrlərdə dərc olunmuş elmi məqalə və tezisləri.

BDRNK Elmi Nəşrlər Mərasimi Rəsmi Təqdimat və Qəbul
BDRNK Elmi Heyəti · 2026

Kollec rəhbərliyi və professor-müəllim heyətinin elmi nailiyyətləri

Direktor Səbuhi Qurbanovun təşəbbüsü ilə pedaqoji heyətin beynəlxalq elmi arenada təmsil olunması, impakt faktorlu və Index Copernicus, ERIH PLUS indeksli nəşrlərdə dərc olunan elmi araşdırmaları yüksək qiymətləndirilmişdir.

11
Tədqiqatçı Müəllim
23+
Məqalə və Tezis
10
Xarici və Yerli Ölkə
100%
Index Copernicus & Respublika
Video

Videodərslər

Müəllimlərimizin hazırladığı video dərslər və tədris materialları.

BDRNK RƏQƏMSAL MEDIA STUDİYASI
Bölmə üzrə Dərs Siyahısı
★ RƏSMİ TƏLTİFLƏR VƏ DİPLOMLAR ★

Kollecimizin Qürur və Nailiyyət Guşəsi

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin komandası və tələbələrinin Respublika birinciliklərində, spartakiadalarda və turnirlərdə qazandığı rəsmi diplom və təltifnamələr.

🥇
1 Qızıl
I Yer Çempionluğu
🥈
6 Gümüş
II Yer Respublika & Rayon
🥉
2 Bürünc
III Yer Uğuru
📜
13 Sənəd
Rəsmi Arxiv Təltifi
✨ RƏQƏMSAL KUBOK VİTRİNİ VƏ İDMAN ŞƏRƏF LÖVHƏSİ ✨

Kollecimizin İdman Qələbələri və Çempionluq Zirvəsi

«Sağlam bədəndə sağlam ruh!» devizi ilə Respublika birinciliklərində və şəhər spartakiadalarında fəxri kürsüyə yüksələn komandalarımız.

Rəsmi PDF Arxiv (21.4 MB)
Anım Guşəsi

Şəhidlər ölməz,
Vətən bölünməz!

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi, o cümlədən kollecimizin qəhrəman məzunlarını dərin ehtiram və minnətdarlıqla yad edirik. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

20 Yanvar Ümumxalq Hüzn Günü 1990
26 Fevral Xocalı Soyqırımı 1992
27 Sentyabr Anım Günü 2020
8 Noyabr Zəfər Günü 2020

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.

Əlaqə

Bizimlə Əlaqə

AzTU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
Publik Hüquqi Şəxsi ilə birbaşa əlaqə kanalları, rəsmi elektron müraciət sistemi və sosial media resursları.

QAYNAR XƏTT

Telefon və Qəbul Əlaqəsi

KARGÜZARLIQ

Rəsmi Elektron Poçt

rabita-kolleci@mail.ru Rəsmi sorğular və sənəd dövriyyəsi
KAMPUS ÜNVANI

Rəsmi Ünvanımız

Bakı, Azərbaycan Yasamal rayonu, A.M. Şərifzadə küçəsi
Açıqdır · İş Saatı

İş Rejimi və Qəbul

Bazar ertəsi – Cümə: 09:00 – 18:00 Şənbə – Bazar: Qeyri-iş günləri
ELEKTRON MÜRACİƏT SİSTEMİ

Rəsmi Vətəndaş və Tələbə Müraciəti

Müraciət etdiyiniz şöbəni və statusunuzu seçin — sorğunuz birbaşa müvafiq bölməyə yönləndiriləcəkdir.

Sürətli şablon seçin:
🛡️ Müraciətiniz rəsmi qeydiyyata alınır və 1–3 iş günü ərzində e-poçt və ya telefon vasitəsilə cavablandırılır.

Müraciətiniz göndərildi! 1–3 iş günü ərzində cavablandırılacaqdır.

Məlumat

Tez-tez verilən suallar

📢 2025/2026 tədris ili üçün qəbul elan olunub! ✦ 🏆 Tələbələrimiz respublika olimpiadasında 1-ci yeri qazandı! ✦ 📚 Yeni elektron kitabxana xidməti istifadəyə verildi. ✦ 🏢 Müasir Tədris Metodları ✦ 👨‍🏫 Təcrübəli Heyət ✦ 💎 95+ İl Təcrübə ✦ 📸 Instagram: @bdrnk__official ✦ 👥 Facebook: bdrnk.official
📢 2025/2026 tədris ili üçün qəbul elan olunub! ✦ 🏆 Tələbələrimiz respublika olimpiadasında 1-ci yeri qazandı! ✦ 📚 Yeni elektron kitabxana xidməti istifadəyə verildi. ✦ 🏢 Müasir Tədris Metodları ✦ 👨‍🏫 Təcrübəli Heyət ✦ 💎 95+ İl Təcrübə ✦ 📸 Instagram: @bdrnk__official ✦ 👥 Facebook: bdrnk.official